Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abortun ağırlaşmaları

Abort ilk növbədə hələ doğulmamış insanın qəsdən öldürülməsidir, böyük günahdır.
Digər tərəfdən isə abort qadının orqanizminə kobud və təhlükəli müdaxilədir ki, bunun ağırlaşmları və fəsadları qadının səhhətini və hətta həyatını korlaya bilər.
Həkimlərin ümumi fikirinə görə, abortların əksəriyyəti bu və ya digər erkən və ya gecikmiş ağırlaşma və fəsadlar verir. Söhbət tək cərrahiyyə abortlarndan yox, daha "qoruyucu" mini-abortlardan və farmabortlardan (dərmanlar vasitəsilə) da gedir.
Abortların ən ağır fəsadlarından biri - uşaqlığın perforasiyası (deşilməsi). Belə ağırlaşma cərrahiyyə abortlar (və hətta mini-abortlar) zamanı hər bir qadında mümkündür. Məsələ burasındadır ki, abort edən həkim uşaqlığın divarlarını görmür, "kor-korana" işləyir. Nəticədə adort zamanı istifadə olunan xüsus iti bıçaq - küret - uşaqlığın divarından dölü "qaşıdıqda" onu asanlıqla deşə bilər. Uşaqlıqdan başqa yaxında yerləşən orqanlar - bağırsaqlar, sidik kisəsi - və burada keçən iri damarlar da zədələnə bilər.
Bütün bunlar qadının səhhəti və hətta həyatı üçün çox ciddi təhlükə yaradır. Qadında güclü qanaxma, peritonit (qarın boşluğu divarının iltihabı), sepsis (qana düşmüş xəstəliktörədici mikrobların bütün bədənin zəhərlənməsi) inkişaf edə bilər. Bəzi hallarda (iri damarlar zədləndikdə və s.) qadının həyatını xilas etmək üçün həkimlər hətta uşaqlığı xaric etməli olurlar.
Nəzərinizə çatdıraq ki, hətta çox təcrübəli həkimin etdiyi abort zamanı belə ağırlaşma mümkündür.
Bəzi hallarda abortdan sonra uşaqlıq boşluğunda dölün hissələri qalır. Buna natamam abort deyilir. Natamam abort uşaqlığın normal yığılmasına mane olur ki, nəticədə güclü qanaxma baş verir (qadın 1 saat ərzində 2 bez dəyişməli olur). Bundan əlavə uşaqlıq boşluğunda qalan dölün hissələri infeksiyalaşaraq güclü iltihaba səbəb ola bilər ki, nəticədə qadında həyatı üçün təhlükəli olan hallar - peritonit, sepsis inkişaf edə bilər. Natamam abortun simptomları: qarının aşağı hissəsində kəskin tutmaşəkilli ağrılar, güclü qanlı ifrazatlar, hərarətin yüksəlməsi, halsızlıq, ürəkbulanması.
Özündə bu kimi əlamətləri hiss etdikdə qadın dərhal həkimə müraciət etməlidir. Natamam abort kimi ağırlaşma bir çox hallarda farmabortlardan sonra inkişaf edir.
Bu fəsadların müalicəsi üçün qadın bir çox hallarda təkrar aborta (mini və ya cərrahiyyə) məruz qalır və uşaqlıq boşluğunda qalmış dölün hissələri oradan xaric olunur.
Bəzən abortdan sonra qadında cinsiyyət yolundan qan ifraz edilmir. Bu da təhlükəli simptomdur. Qan uşaqlıq boşluğunda yığılmağa başlayır. Nəticədə qadını qarının aşağı hissəsində güclü ağrılar və dartınma hissi narahat etməyə başlayır. Bu halda da mütləq həkimə müraciət etmək lazımdır.
Bundan əlavə hətta "yaxşı" keçmiş abortdan sonra qadın cinsiyyət sistemi iltihabları, hormonal pozulmalar, endometrioz, mioma, polip, uşaqlıq boynunun patologiyaları inkişaf edə bilər.
Abortdan sonra inkişaf etmiş qadın cinsiyyət sistemi iltihabları (yumurtalıqların, uşaqlıq borularının, uşaqlığın) qadında sonsuzluğa səbəb ola bilər.
Mini- və cərrahiyyə abortları zamanı uşaqlıq boynunu enlətmək üçün xüsusi alətlər istifadə olunur ki, onlar uşaqlıq boynunu zədələyir və hətta yırtıla bilər. Nəticədə uşaqlıq boynunun çatışmazlığı inkişaf edir. Bunun nəticəsində hamiləlik zamanı abortda zədələnmiş uşaqlıq boynu lazım olan vaxtdan tez açılmağa başlayır və dölsalma baş verir. Nəticədə qadın hamiləliyi doğuşa qədər çatdıra bilmir.


Tarix: 24.12.2014 / 12:38 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Cinsəl sağlamlıq
loading...