ABŞ-ın Qida və Dərmanların Sanitar Nəzarəti Departamenti təkmilləşdirilmiş ikinci nəsil qadın prezervativlərinin təhlükəsizliyini təsdiqlədiyini açıqlayıb.
Xatirladaq ki,bu növ qoruyucular qadınları hamilə qalmaqdan və cinsi yolla yoluxan xəstəliklərdən qoruyur.
Yeni qoruyucu vasitə öz görünüşü ilə öncəkindən fərqlənmir lakin ikinci nəsil prezervativlər keyfiyyət baximindan üstünlük təşkil etməklə yanaşı həm də birinci nəsil prezervativlərdən təqribən 30% daha ucuz başa gəlir.
Məlumat üçün bildirək ki,ilk qadın prezervativləri 1993-cü ildə bazara çıxarılıb və BMT-nin iştirakı ilə 142 ölkədə paylanıbdır. Həmçinin yeni nəsil prezervativlərin də BMT-nin Beynelxalq İnkişaf Agentliyi tərəfindən HİV/AIDS proqramı çərçivəsində nümayişi nəzərdə tutulub.
Tarix: 16.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Cinsəl sağlamlıq