Almaniyanın Verl şəhərində ümumi tibb və psixoloq sahəsində fəaliyyət göstərən həkim Niyazi Özdəmir qohum evliliyi məsələsində hər kəsə diqqətli olmağı məsləhət görür.
Vəzifədə olduğu Verl şəhərində Türk gəncləri arasında qohum evliliyinin artdığına işarət edən həkim Özdemir, bu vəziyyətin təhlükələrinə diqqət çəkərək qeyd etmişdir ki, "Əslində çox yaxın qohum-əqraba ilə evlənmək tibbi nöqteyi nəzərdən düzgün deyil. Amma hökmən evlənmək istəyirlərsə mütləq gen testindən keçməlidirlər.
Bu gələcəkdə dünyaya gələcək körpənin sağlamlığı baxımından çox önəmlidir."
Həkim Özdemir, bu cür evliliklərdən dünyaya gələcək körpələrin şikəst (üzürlü) olma, təhlükəsinin yüksək olduğuna işarə edərək qeyd etmişdir ki, gənclər qohum evliliyində qəti israrlıdırlarsa, bu zaman hər iki tərəfin mütləq gen testindən keçməyi məsləhətdir. Qohum evliliyində Türkiyənin 1-ci olduğunu vurğulayan həkim Özdemir dinimizdə də qohum evliliyinin o dərəcə də tövsiyyə edilmədiyini, təhlükələrinin isə acı fəsadlar doğuracağını bildirir.
Buna baxmayaraq məntiq evliliyi ilə də evlənənlər də var deyə bu sahədə də həll yollarının olduğundan da bəhs etmişdir.
Tibb-də olan nailiyyətlərin önəmini vurğulayan həkim Özdemir qeyd etmişdir ki, tibb sahəsi əvvəllər olduğu kimi bu istiqamətdə də çarəsiz deyil və müasir həyatda əldə olunan nailiyyətlər sübut edir ki, evlilik müddətində genetik konsultasiyadan keçən gənclər bu problemi necə həll edəcəyini öyrənirlər.
Belə ki, PGT adlı genetik ayırd etmə üsulu ilə hələ ana bətnində olan körpənin mümkün olan irsi xəstəlikləri ayırd edilir.
Lakin tibbi nailiyyətlər sayəsində bu problemin həlli tapıldığından və evləndikdən sonra belə bir problemə qarşı yuxarıda sadalanan sistemli tədbirlər həyata keçirildiyindən bu cür evlənənlərin də o qədər yüksək təhlükə ilə üzləşməyəcəyi qeyd edilir.
Tarix: 16.01.2015 / 11:16 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Cinsəl sağlamlıq