Cinsi fəallığı artıran preparatlardan istifadə halları artıb. Şəhərdə fəaliyyət göstərən apteklərdə də şifahi olaraq bu faktı təsdiqləyirlər. Satıcıların bildirdiyinə görə, əvvəllər bu tip preparatlardan daha çox yaşlı nəslin nümayəndələri istifadə edirdilərsə, son zamanlar gənclər nədənsə üstünlük təşkil edir. Həkimlər isə bu tip preparatlardan istifadə zamanı son dərəcə ehtiyyatlı olmağı məsləhət görür.
Bir çox hallarda dərman vasitələri apteklərdə reseptsiz satıldığından nəzarət yoxdur. Gənclər arasında formalaşan fikrə görə, bu tip dərmanlar cinsi aktivliyi artırır.
Əslində zərurət yarandığı halda 40-45 yaşdan sonra sendinofil tərkibli dərmanlardan istifadə tövsiyyə olunur. Amma bu tip preparatlardan istifadə edərkən yalnız həkim göstərişi və nəzarəti vacibdir. Əks halda nəticə acı ola bilər.
Həkim toksikoloq Azər Maqsudov deyir ki, cinsi aktivliyi artıran preparatlar zəhərlənmə vermir. Onlar ancaq qan dövranını artırdığından təzyiqin yüksəlməsi, burundan qan açılma, allergik təsirlərlə özünü göstərə bilər. Həkim onu da əlavə etdi ki, yüksək dozalı preparatların göstəriş olmadan qəbulu ümumiyyətlə yol verilməzdir.
Tarix: 16.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Cinsəl sağlamlıq