Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Afrikada antqiçs vaginal həlqələrinin istifadəsinə başladılar

Afrikada QİÇS-lə yeni mübarizə üsuluna başlayıblar. Yeni hazırlanmış vaqinal həlqələr və anti-QİÇS tabletkalarının birgə istifadəsi HİV infeksiyasının qarşısını alacaq.
Bu vasitələri, əsasən, partnyorları ilə intim əlaqədə olanda qoruyucu rezinlərdən istifadə etməyən qadınlara paylayıblar.
HİV-ə yoluxmuş qadınların sayı kişilərə nisbətən daha çoxdur. Dünyada 34.2 milyon insan HİV-lə yaşayır ki, bunların da 60%-i Afrikada yaşayan qadınlardır.
QİÇS-lə mübarizədə istifadə olunan mikrobisitlərin istifadəsində problemlər yaşanırdı. Müşahidələr göstərir ki, vaginal anti QİÇS geli çox faydalıdır.
Lakin qadınlar bu geli hər dəfə intim əlaqəyə girməmişdən əvvəl istifadə etməli olurlar ki, bu da problemli və əziyyətli olur.
Vaqinal həlqəni isə, ayda yalnız bir dəfə yeritmək bəs edir ki, bu da preparatın istifadəsini çox rahat edir. Alimlər ümid edirlər ki, bu üsul çox effektiv olacaq.
Mikrobisidlərin və vaginal həlqələrin tərkibi QİÇS əleyhinə istifadə olunan Dapivirin adlı preparatdan ibarətdir ki, bu preparat yavaş-yavaş vaqina daxili və ətrafı toxumalar tərəfindən absorbsiya olunur (hopulur).
Amerikada satılan vaginal həlqələrdən fərqli olaraq bu eksperimentdə istifadə olunan vaginal həlqələr heç bir doğum kontrolu məqsədi daşımır. Hal-hazırda Afrikada istifadə olunan bu həlqələrin tək məqsədi QİÇS-lə mübarizədir.
London Gigiyena və Tropik Xəstəliklər professoru Saidi Kapiganın dediyinə görə, eksperimentin ilkin fazalarında bu vaqinal həlqə, vaqinal gelə nisbətən daha effektivdir. Qadınlar vaqinal həlqənin istifadədə geldən daha rahat və praktik olduğunu bildirirlər.
Bu vaginal həlqələrin QİÇS-lə mübarizədə daha effektiv və uzun müddət təsirli olacağına həkimlər şübhə etmirlər. Bu həlqələr vaqina toxumalarını zədələmirlər, heç bir errozion və yaxud da dağıdıcı təsirə malik deyillər.
Ən sevindirici faktlardan biri də ondan ibarətdir ki, vaginal həlqələri hamiləlik vaxti da istifadə etmək olar. Həlqələr hamilə qadına və bətnindəki uşağa heç bir zərərli təsir effektinə malik deyillər.


Tarix: 16.01.2015 / 11:16 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Cinsəl sağlamlıq
loading...