Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu pozuqluğu sonsuzluğa səbəb ola bilər!

1 saatda olan nəfəs dayanmaları nə qədər çoxdursa adamdakı cinsi funksiya pozğunluqlarının da bir o qədər çox olduğu iddia edilir.
Xoruldama, yuxuda nəfəsin dayanması və ya gündüz həddindən artıq yuxulu halın olması yuxu tənəffüsü problemlərinin əsas əlamətləri hesab olunur.

Yetkin bir fərdin yüksək təzyiqinin olması, şəkərinin yüksəlməsi və artıq çəki alması yuxuda tənəffüs problemləri ilə əlaqəsinə və gecə boyunca lazımi oksigenin getmədiyi orqanlarda bəzi funksiya problemlərini meydana gəlməsinə səbəb ola bilər. Araşdırmalarda yuxu pozğunluğu çəkən yüksək təzyiq və şəkər xəstəliyinə sahib fərdlərdə cinsi funksiya problemlərinin ola bilmə ehtimalı və cinsi funksiyanın təkrar köhnə halına gətirilməsinin yuxudakı tənəffüs pozğunluğu probleminin aradan qaldırılması ilə mümkün ola biləcəyi bildirilir.
Yuxu pozğunluğu sonsuzluğa səbəb ola bilər. Yuxudakı tənəffüs ilə cinsi funksiya pozğunluğunun düz mütənasib olduğu deyilir.
Bu baxımdan tənəffüs pozuqluğunun dərəcəsi saatdakı nəfəs dayanması ilə təyin olunur.
Saatdakı nəfəs dayanması əgər 5-in altındadırsa normaldır. 5-15 yüngül, 15-30 orta, 30-dan daha çoxdursa ağır olduğu bildirilr.
Saatdakı nəfəs dayanması nə qədər çoxdursa adamdakı cinsi funksiya pozğunluqları, təzyiq və şəkər xəstəliyi də o qədər tez görülməkdədir.
Cinsi funksiya pozğunluğu kişilərdə sonsuzluq, cinsi orqanın qeyri-kafiliyi və ereksiya pozğunluğu olaraq görülə bilər'' deyə bildirilir.
Yuxu pozuqluğu çəkən xəstələrin mütləq bir şəkildə gecə boyunca yuxu mərkəzində müalicə görməsi bildirilir.
Burada tətbiq olunacaq müalicə ilə funksiya problemlərinin hansı dərəcədə olduğu müəyyən ediləcəkdir. Daha sonra isə bədənin 56 funksiyası təhlil olunacaq.
Müalicə ilə oksigenin bədənə kafi bir şəkildə girməsi təmin edilə bilər. Bununla da həmin istiqamətdə cinsi pozğunluq müalicə edilə bilər.


Tarix: 16.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Cinsəl sağlamlıq
loading...