Qadınların, bəlkə kiçik yaşlardan etibarən 'ayıb' olduğu deyildiyi üçün, bəlkə də gerçəklərlə üzləşməyə cəsarətləri olmadığı üçün soruşmağa qorxduqları sualların cavablarını almaq əslində çətin deyil.
Bəziləri bu və ya digər səbəbdən öz bədənlərini daha yaxşı tanımayıblar.
Lakin sizin mütaliənizə təqdim olunan sual və cavabdan ibarət olan məqalədə bu vacib nüanslar öz izahını tapıb.
Bir çoxlarını bu sual düşündürür: "Orqazm olduğumu necə başa düşə bilərəm?"
Bu sual, qadınların soruşmağa qorxduğu sualların başında gəlir. Ətraflarındakı digər qadınlardan davamlı orqazm hekayələri eşidən qadınlar, özlərindən şübhə etməyə və bir problemləri olduğunu düşünməyə başlayırlar. Halbuki ilk olaraq bunu qəbul etmək lazımdır ki; orqazm dərhal olan bir şey deyil. Mütəxəssislərə görə orqazmı öyrənmək üçün müəyyən bir zaman lazımdır, çünki orqazm öyrənilən bir refleks olaraq qəbul edilir.
Orqazm - cinsi əlaqə zamanı tərəflərin aldığı həzzin ən üst səviyyəsidir. Orqazm vəziyyətində hər iki cinsin nümayəndəsində boşalma baş verir və bir sıra ümumi simptomlar yaşanır. Bunlardan cinsi orqanın qızarması, nəfəs və ürək döyüntüsünün sürətlənməsi və ani yorğunluğu misal göstərmək olar. Orqazm vəziyyəti cinsi əlaqə zamanı və ya masturbasiya nəticəsində baş verə bilər. Orqazm normal insan bədənində 10 - 20 saniyə davam edir. Ancaq bəzi cinsi həzzi gücləndirən dərmanların hazırlanmasından sonra, bu müddəti daha da uzatmaq mümkündür. Xüsusilə qadınlarda cinsiyyət orqanı sinir sistemi baxımından çox zəngindir. Qadınlarda orqazmın gec əldə olunmasına baxmayaraq, orqazm baş verdikdə, həzz kişilərə nisbətən daha şiddətli olur. Tanınmış alim Uliyam Ric orqazm prosesini cinsi əlaqə dövrünün IV mərhələsi olan boşalma termini ilə izah etmişdir. Lakin hər bir qadın istənilən cinsi əlaqədə orqazm olmur. Qadınlarda orqazm, klitorun ya da digər həssas bölgələrdəki təzyiqin, bədən gərginliyini artırıb vagina (uşaqlıq yolu), uşaqlıq daxili və düz bağırsaqda sıxılmalar yaratması, bu sıxılmalar əsnasında ürək və qan təzyiqini artırması ilə meydana gəlir. Orqazmın müddəti kimi şiddəti də adamdan adama dəyişir. Əslində qadınların orqazm olub olmadığını anlamaması kimi bir vəziyyətlə qadınlar o qədər rastlaşmırlar, çünki bir qadın bədənindəki bu dəyişiklikləri asanca anlaya bilir.
Daha sonra qadınların bəziləri "cinsi əlaqədən sonra cinsiyyət üzvünə aid bölgənin təmizlənməsi hamiləliyi önləyərmi?" sualı maraqlandırır.
Cinsi əlaqədən sonra genital bölgəni təmizləmək hamiləliyi önləmir, çünki spermalar sürətli bir şəkildə içəri girir və hamiləliyin yaranmasına və inkişafına səbəb olur. Genital bölgənin xarici qisminə boşalma olsa spermalar təmizlənərək hamiləlik ehtimalını azaltmış olur. Lakin buna da çox güvənmək olmaz, çünki spermalar uzun müddət öz təsirini itirmədən yaşayırlar.
Bəziləri isə "Bəzən cinsi əlaqə sonrasında ağrılarım olur, niyə?" suallı ilə müraciət edirlər. Vaginal mayenin kafi olmadığı vəziyyətlərdə cinsi əlaqə sonrasında ağrı hiss olunur. Bu ağrılar ümumiyyətlə bir şey ifadə etmir amma ağrı davamlı hala gəlibsə və hər birləşmə əsnasında tekrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu tip ağrılar uşaqlıq yolunda olan kistaların və yaraların xəbərçisi ola bilir.
Qadınlar kişilərə görə daha yavaş və çətin xəbərdar edilir. Lakin qadınların ən böyük şansı üst-üstə orqazm yaşaya bilmələri olur. Qadının boşalması daha uzun sürür və cinsi əlaqədə uzun müddət ola bilirlər. Bu səbəblə orqazmın da üst-üstə yaşanması mümkün olur.
Bir çoxlarını isə "Aybaşı dövründə cinsi əlaqəyə girmənin zərərləri varmı?" sualı maraqlandırır. Bəzi mütəxəssislər bunun zərərli olduğunu bildirirlər, bəziləri isə aybaşı dövründə cinsi əlaqəyə girilə biləcəyini ifadə edirlər. Uşaqlıq yolu aybaşı dövründə infeksiyalara daha həssas olur, bu səbəbdən də təmizliyə və qorunmağa daha da diqqət etmək lazımdır. Lakin bəzi qadınlar bu dövrdə cinsi əlaqəyə istəkli ola bilir və yoldaşları də bundan narahat olmursa birlikdə olmalarında çox da böyük bir qəbahət yoxdur.
Qadınlardan bəzilərini "Uşaqlıq yolunun təmizliyində xüsusi məhsullardan istifadənin mümkünlüyü?" maraqlandırır.
Qadınlar vagina təmizliyi haqqında xüsusilə son illərdə çıxan təmizləmə gelləri, kremləri, dəsmalları hətta spreyləri mövzusunda qərarsız qalırlar. Əslində mütəxəssislərin bir qismi bu məhsulların istifadə edilməsinin lazım olduğunu söyləyərkən bir qismi də əksini müdafiə edirlər. Lakin bilinən bir gerçək var ki, o da uşaqlıq yolunda olan bölgənin özünə aid bir mikroflorası var və bu floranın xaricdən tətbiq olunan maddələrlə pozulması bakteriyalara qarşı zəifləməsinə səbəb olur. Vaginanın içində turş bir mühit var, sabun, gel kimi məhsulların turş mühiti pozma ehtimalı var. Vaginanı sabunla yumaq, yanma hissinə səbəb ola biləcəyi kimi bu bölgədəki xeyirli bakteriyaların və bədənin müdafiəsində olan immunitetin zəifləməsinə səbəb ola bilər. Bu da ciddi infeksiyalara gətirib çıxarır. Vagina üçün çıxarılan təmizləmə mayelərinin vaginanın içinə doğru deyil yalnız xarici genital bölgə üzərində istifadəsinə diqqət etmək lazımdır.
Tarix: 16.01.2015 / 11:13 Müəllif: Aziza Baxılıb: 249 Bölmə: Cinsəl sağlamlıq