Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçmiş həyatımızda bürcümüz

Keçmiş həyatında Dolça bürcü

Keçmiş həyatınızda istədiyiniz şey dəlicəsinə eşq yaşamaq idi. Keçmişinizdə xüsusi hiss edilməyə vərdiş etdiyiniz üçün hələ heyranlıq qazanmaq istəyirsiniz. Ünsiyyətcil olsanız da insanlarla aranızda qəribə bir məsafə saxlayırsınız. Siz əsrlərdir tək yaşamağa öyrəşmisiniz. Keçmiş həyatdan irəli gələn eqonuz sizi zaman-zaman narahat edə bilir.

İndiki həyatında Dolça bürcü

Dolça bürcünü tanımaq digər bürcləri tanımaqdan bəzən daha çətin ola bilər. Fərqliliyinizin fərqindəsiniz. Həyatın məlumat və təcrübə olduğunun şüurundasınız. Qürurunuz bu dünyadakı tək düşməniniz ola bilər. Özünüzü kainatın bir parçası olaraq görməyə başladığınızda həqiqi xoşbəxtliyin mənasını da həll edə biləcəksiniz.

Balıq bürcü

Keçmiş həyatında Balıq bürcü

Keçmiş həyatınızda öz soyuqluğunuzun və kobud rəftarınızın fərqinə vardınız. Keçmişinizdə söz-söhbətlərə qulaq asdınız. Artıq ətrafınızda bir nüfuz axtarır, sizə doğru görünən kəslərə sığınma ehtiyacı hiss edirsiniz. Keçmişlə aranızdakı ipləri kəsməniz lazımdır. Hər şey idarənizin altındaykən xoşbəxt olacağınıza inanırsınız. Hər vaxt planlı olmanın sizin üçün uyğun olmadığını öyrənməniz lazımdır.

İndiki həyatında Balıq bürcü

Siz qətiliklə sonsuz eşqə inanırsınız. Təxəyyülünüz çox qüvvətlidir. Xəyal qırıqlıqları sizə çox təsir edir. Duyğularınızla davamlı olaraq bir qarışıqlıq yaşayırsınız. Vərdişlərinizi bir kənara buraxıb gedə bilən insanlardansınız. Buna görə tez unudarsınız. Evliliyə ən yaxın bürclərdən biri olduğunuzu söyləyə bilərik. Ancaq səhvləriniz qarşısında üzr istəməyi öyrənməniz lazımdır. Doğrunun, düşüncələrin çox kənarında olduğunun fərqinə varmaq lazımdır. Qorxularınız üzündən analiz qabiliyyətinizi itirə bilərsiniz.


Tarix: 24.11.2014 / 14:45 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Burcler haqqinda çox şey
loading...