Günlərin birində .
						Günlərin birində Mollanın eşşəyi itir. Molla şəhərə düşüb "ay eşşək
 görən, ağbatı xeyir olan" deyib car çəkir. Amma car çəkib axtaraaxtara
 bir tərəfdən də şükür eləyir. Görənlər soruşurlar:
 – Ay Molla, eşşəyin itib, daha şükür niyə eləyirsən?
 Molla deyir:
 – Şükür eləyirəm ki, nə yaxşı eşşək itəndə mən onun üstündə deyilmişəm.
 Yoxsa indi mən də itmişdim, uşaqlarım yetim qalmışdı.
Tarix: 02.06.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Azeri Letifeler
loading...