Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində bir məclisdə at minməkdən söhbət düşür.

Günlərin birində bir məclisdə at minməkdən söhbət düşür. Hər
kəs öz məharətindən danışır. Axırda Molla da qarışır söhbətə ki:
– Bildir yazda mən filan kənddə idim. Filankəs bir at gətirdi kəndin
meydanına. At bütün qışı tövlədə xama bağlanıb, yeyib harınlamışdı.
Elə idi, elə idi ki, yernən-göynən əlləşirdi. Kəndin lap məşhur
miniciləri yıüışdılar, heç biri minə bilmədi. Elə kim yaxınlaşdısa, birini
təpiklədi, birini şıllaqladı, birini burunladı, qərəz, bir adamı yaxına
qoymadı. Baxdım, ədə, bunlar bacarmırlar. Yeridim irəli, qollarımı
çırmadım, ətəyimi yıüışdırdım, özümü toxudum ata. Cüt təpiyimi vurub
yerə, atıldım belinə.
Bu halda haman gün orada olanlardan biri girir içəriyə. Molla onu
görən kimi bir dayanır, sonra özünü itirməyib sözünü belə tamamlayır:
– Ancaq mən də minə bilmədim.


Tarix: 01.06.2013 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Azeri Letifeler
loading...