Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Molla meşədə bir dovşan tutur.

Günlərin birində Molla meşədə bir dovşan tutur. Çox fikirləşir ki,
görəsən bu nə heyvandır, tapa bilmir. Axırda dovşanı torbaya salıb ağzını
möhkəm-möhkəm bağlayır, götürüb gəlir evə. Arvad soruşur:
– A kişi, bu nədir?
Molla deyir:
– Arvad, bu bir heyvandır. Qulaqları var, bax, belə... gözləri, bax,
belə-belə... Özü də ki... demə görməmişəm, bu boyda... Heç bizim vilayətin
heyvanlarına oxşamır. Deyəsən, o tərəflərdən gəlib. Sən dayan
burda, mən gedim adam çağırım, bəlkə tanıyan oldu. Amma torbanın
ağzını açma ha...
Molla gedəndən sonra arvad nə qədər çalışırsa, özünü saxlaya bilmir.
Axırda torbanın ağzını açır ki, görsün bu, necə heyvandı? Dovşan
sıçrayıb qaçır. Arvad qalır məəttəl ki, nə eləsin. Elə bu vaxt baxır ki,
Mollanın səsi gəlir. Daha bir şey tapa bilmir, götürüb həmişə içində
eşşəyə arpa verdikləri qutunu salır torbaya, ağzını da bərk-bərk bağlayır.
Molla adamlarla girir içəriyə. Sən demə, Molla elə küçəyə çıxanda
şəhərin mötəbər adamları da qonaqlıqdan gəlirmişlər. Molla bu
əcaib heyvan haqqında onlara danışır, onlar da çox maraqlanıb, baxmaq
üçün qoşulub Mollaya gəlirlər. Qərəz, Molla adamları torbanın
ətrafına düzüb deyir:
– Sıx durun! Yoxsa qaçar.
Sonra torbanı götürür, ağzını açıb başı aşağı silkələyir. Hamısı
dörd gözlə gözləyirlər ki, görsünlər torbadan necə heyvan çıxacaq. Birdən
tappıltı ilə arpa qutusu düşür yerə.
276
Molla başa düşür ki, arvad dovşanı qaçırdıb. Daha üzə vurmayıb
deyir:
– Sizin əziz canınız üçün, bunu on dəfə arpa ilə dolduranda düz bir
pud eləyir. Nə o yan, nə də bu yan!


Tarix: 02.06.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Azeri Letifeler
loading...