Günlərin birində Molla bərk azarlayır.
Günlərin birində Molla bərk azarlayır. Qonum-qonşu, qohumqardaş,
eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollanı
yoluxmağa. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan
bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla
tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir,
hıqqıldaya-hıqqıldaya deyir:
– Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah,
ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.
Tarix: 02.06.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Azeri Letifeler
loading...