Yenə də günlərin birində Molla şəhərdə bərk acır. Cibində də pulu
 olmur ki, bir şey alıb yesin. Elə bu fikirlə gəzirmiş ki, "nə eləyim, necə
 eləyim", yolu bir halvaçı dükanının qabağından düşür. Baxır ki, halvaçı
 251
 təzəcə halvanı tiyandan çıxarıb, salıb tabaqlara. Vallah, bir halvadı, bir
 halvadı ki, uzaqdan adama göz vurub "gəl-gəl" deyir.
 Molla hərçi badə-bad deyib, girir dükana, bir tərəfdən döşənir
 halvanın üstünə. Dükançı nə qədər qışqırırsa, Molla fikir verməyib yeyir.
 Axırda dükançı başlayır Mollanı döyməyə. Bu da Mollaya əsər
 eləmir. Dükançı vurduqca Molla yeyir. Axır ki, əməlli-başlı doyandan
 sonra dükandan çıxır, üzünü dükançıya tutub deyir:
 – Bu şəhərin dükançıları nə yaxşı adam imişlər. Halvanı adama
 döyə-döyə yedirirlər.
Tarix: 01.06.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Azeri Letifeler