Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir neçə nəfərlə at minib səfərə çıxır.

Molla bir neçə nəfərlə at minib səfərə çıxır.Gecə bir yerdə yatmalı
olurlar. Səhər Molla hamıdan tez qalxır. İstəyir ki, atını minib yola
düşsün. Ancaq nə qədər diqqət eləyirsə, öz atını tanıya bilmir.
Yoldaşlarından soruşmağa da utanır. Fikirləşib axırda bərkdən qışqırır
ki:
– Quldurlar gəlir, tez olun, qaçaq!
Hərə tələsik qalxıb öz atını minir. Bu yol ilə Molla da öz atını tapır.
Ancaq yoldaşların tələsik atlanmalarından Molla özü vahiməyə
düşür ki, bəlkə elə doğrudan quldurlar gəlir. Odur ki, özü də tələsik bir
təhər atı minir. Yoldaşları baxırlar ki, Molla atı tərsinə minib. Gülüşürlər
ki:
– Ay Molla, quldur-zad yoxdu. Qorxudan atı tərsinə minibsən...
Molla özünü sındırmayıb tez deyir:
– Xeyir, mən qorxub eləməmişəm. Özü də mən lap düzünə
minmişəm. Görünür ki, at özü quldurlardan qorxub, mən minəndə tərsinə
dayanıbmış.


Tarix: 01.06.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Azeri Letifeler
loading...