Molla bir dəfə eşşəyini üzüm ilə yükləyib aparırmış.
						Molla bir dəfə eşşəyini üzüm ilə yükləyib aparırmış. Məhəllə
 uşaqları düşürlər dalına ki:
 – Bizə də ver!
 Molla baxır ki, əgər hər uşağa bir salxım versə evə bir şey getməyəcək.
 Əlinə bir salxım üzüm alıb gilələyir, hər uşağın ağzına bir gilə
 qoyur.
 Uşaqlar deyirlər:
 – Molla əmi, bəs niyə bircə gilə?.. Biz istəmirik. Çox ver!
 Molla deyir:
 – Ay bala, bu zəhrimarın hamısının dadı birdi. Bir gilə yedin, ya bir
 salxım yedin, ləzzəti elə odu ki var. Çox yesəniz qarnınız ağrıyar.
Tarix: 01.06.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Azeri Letifeler
loading...