Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün yaz vaxtı Molla

Bir gün yaz vaxtı Molla bir neçə yoldaşı ilə birlikdə kəndlərin birinə
gəzməyə gedir Baxır ki, sərin bulaqlar, yaşıl təpələr, axar sular,
bir sözlə, gül-gülü çağırır, bülbül-bülbülü. Bir baxan deyir bir də baxım.
Yoldaşlar bu qərara gəlirlər ki, bir həftə burada qalıb keyfə baxsınlar.
Hərə boynuna bir şey götürür. Biri deyir:
– Bu bir həftənin çörəyi mənim boynuma.
Bir başqası deyir:
– Əti də mənim boynuma.
Üçüncüsü deyir:
– Şirniyyatı da mənim boynuma.
Qərəz, bu növ ilə bölüşürlər. Növbə çatır Mollaya. Hamı baxır
onun üzünə ki, görək bu, öz boynuna nə götürəcək. Molla bir ah çəkib
deyir:
– Sizin bu qonaqlıgınız bir həftə deyil, lap bir il də çəksə, sizdən
ayrılsam, dünyada nə qədər pis ad var, hamısı mənim boynuma.


Tarix: 02.06.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Azeri Letifeler
loading...