Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkəli üsyanı (1531)

Tarixi
1531-ci ildə Çuxa sultan Təkəli da Hüseyn xan Bəydili-Şamlı ilə düz dolanmayıb öldürüldü. Təkəlilər vəkiliyi Çuxa sultanın böyük oğlu Şahqubad bəyə verilməsini təklif etdilər. Özünə gəlmiş ustaclılar bu təklifə qarşı çıxdılar. Maraqlıdır ki, bu dəfə zülqədər və avşar əmirləri ustaclıları dəstəklədilər. Təkəlilər ustaclılardan bir neçə adam öldürdülər. I Şah Təhmasib təkəli tayfasının qətlinə fərman verdi. Təkəlilər bu hayı eşidib qaçdılar. Adlı-sanlı təkəli əmirləri Osmanlı dövlətinə sığındılar. Şah əmirüməralığı Abdulla xan Təmişli-Ustaclının və Hüseyn xan Bəydili-Şamlının arasında bölüşdürdü.

Bu qiyam zamanı məşhur Təkəli əmirlərindən Əlisultan xan, İbrahim xəlifə,Pərvanə bəy, Duray bəy və maşqaları öldürüldü.


Tarix: 13.01.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...