Teymurun adı
Ərəb ad qaydalarına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Axsaq Teymur" kimi də qeyd olunub.
Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan [3] (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi[4].
Müxtəlif fars mənbələrində tez-tez Teymur Ləng (fars. Tīmūr-e Lang, تیمور لنگ) yəni "Topal Teymur" adına rast gəlmək olar. Ehtimal olunur ki, bu addan həmin dövrdə Teymuru alçaltmaq və həqarət etmək üçün istifadə olunub.[5]. Bu söz sonradan qərb dillərində müxtəlif formalarda yayılır (Tamerlan, Tamerlane, Tamburlaine, Timur Lenk). Rus dilinə də keçən bu söz (Тамерлан) öz ilkin kökündən fərqli olarq heç bir neqativ çalara malik deyil və "Teymur" sözü ilə yanaşı şəkildə işlədilir.
Tarix: 13.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr