Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz albanları Etnik mənşəyi

Albaniyada əhali müxtəlif dillərdə (I əsr müəllifi Strabona görə 26 dildə) danışırdı. Ona görə mənbələrdə alban etnonimi iki mənada işlənir: birincisi, Albaniya ölkəsində yaşadıqlarına görə bütün tayfaların ümumi adı kimi; ikincisi, bu tayfalardan birinin konkret etnik adı kimi, özünü adlandırması kimi. Prof. Q. Qeybullayev yazır ki, Albaniyada özünü Alban adlandıran bir tayfa yaşayırdı. Özlüyündə aydındır ki, bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı və sözsüz ki, çarlıq edən sülalə də bu tayfadan idi. Ümumi mənada alban adlanan digər tayfaların hərəsinin də etnik adı vardı.

Bir qrup alim (ermənişünas, qafqazşünas və iranşünaslar) A.Q.Şanidze, Q.A.Melikişvili, İ.M.Dyakonov, K.V. Trever, S. T.Yeremyan, A.P.Novoseltsev, Q. A.Klimov və Azərbaycan tədqiqatçıları İ. H. Əliyev, F. Məmmədova albanlarının hamısını, o sıradan alban tayfasının özünün də Qafqazdilli olunduğunu hesab edirdilər.

Başqa bir qrup tədqiqatçılar, akademik Y. Yusifov [13], akademik M. İsmayılov, Z. İ. Yampolski, Q. Qeybullayev , K. Əliyev, Z. Bünyadov, Ş. Kaya, M. Bala , F. Cəlilov , X. Xəlili isə albanları türk mənşəli tayfa hesab edirlər.


Tarix: 16.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...