Tarixi
Salyan xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Salyan şəhəri idi.
1747-ci ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanliqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü mustəqil xan olduğunu elan edir.Amma cox keçmir ki Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur.Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-cı ildən 1768-cı ilə qədər Salyanın hakimi Kəlbəli sultan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın xanı Qubad sultan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyxəli xan isə sonradan Quba xanı olmuşdur.
1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazilarinda göstərir: “Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür” 1774-ci ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayir və qoşun toplayır.
Tarixi mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır.Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəssi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağidilmişdir.1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşaği kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır.(Həmən kəndlər indi Neftçala rayonunun ərzaisindədir.)
Tarix: 13.01.2015 / 14:20 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Azərbaycan xanlıqları