Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1806-cı ildə ruslar tərəfindən qənimət götürülmış Şəki xanlığının bayraqları

1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi. Lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi, o cümlədən , Şəki xanı Səlim xanın bacısı olan arvadı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü hal-hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bayraqlardan biri vaxtilə Nadir şahın bayrağı olub, lakin Nadir şahdan 100 il əvvəl Hindistanda hazırlanmışdır


Tarix: 13.01.2015 / 13:58 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Azərbaycan xanlıqları
loading...