Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan qalası İşğalı

İrəvan qalası uğrunda döyüşlərdə 1804 – cü ildə İrəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gəlmiş Naxçıvan xanı Kəlbəli xan , 1808 – ci ildə isə İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan yüksək sərkərdəlik məharəti, xalqı yadelli işğalçılara qarşı səfərbər etmək bacarığı və şəxsi şücaət nümayiş etdirmişlər. Bu qələbələrdən sonra qala əhalisi 20 ilə yaxın müddətdə müharibəsiz həyat sürmüşdü; yalnız II Rusiya – Qacar müharibəsinin (1826 – 1828) gedişində İ. Paskeviçin komandanlığı altında rus qoşunu İrəvan qalasının müdafiəçilərinin müqavimətini qıra bilmişdi.

Qala 1827-ci ilin 1 oktyabrında Çar Rusiyasının İvan Paskeviçin rəhbərlik etdiyi qoşunu tərəfindən işğal edilmiş, bundan sonra qala daxilində ermənilərin yerləşdirilməsi və yaşaması başlanmışdır.

İrəvan qalasının işğal edilməsi şərəfinə 1827 – ci il 8 noyabrda Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilmişdi. İrəvan qalasını zəbt edən general İ. Paskeviçin titullarına isə “İrəvan qrafı” titulu da əlavə edilmişdir.


Tarix: 13.01.2015 / 13:17 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycan xanlıqları
loading...