Bu ərazilər Ermənistan tərəfindən işğal edildikdən sonra Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bütün işğal edilmiş ərazilərə ezam edilərək ərazilərimizdə mövcud olan tarixi yer və ərazilərin coğrafiyasını müəyyənləşdirərək təcili surətdə yer adları və toponimləri dəyişdirir, memarlıq abidələrini isə milli və dini mənsubiyyətinə görə ya erməniləşdirir, ya da tamamilə sökərək dağıdırlar. Belə bir məqsədlə təşkil edilmiş daha bir qrup isə Azərbaycanın işğal altında olan Şahbulaq yaylağına ezam edildi. Bu qrupun rəhbəri Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Hamlet Petrosyanın göstərişi ilə Xocavənd və Xankəndi rayonlarının Şabulaq yaylağına yaxın olan kəndlərinin əhalisi cəlb edilərək Şahbulaq Qıfılı saray kompleksi daxilindəki məscid, hamam, xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdıldı. Hələlik demək olar ki, kompleksin mühafizə divarlarından başqa bir şey qalmamışdır. Ermənistan mənbələrinin məlumatına görə planın həyata keçirilməsinə Ermənistanın "Erkir" ictimai təşkilatlar birliyi maliyyə dəstəyi göstərib.
Tarix: 12.01.2015 / 19:23 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycan xanlıqları