Xronologiya
Seyid Əhməd yanvar 1399-cu il tarixdə atası Seyid Əlinin Alıncaq qalası yaxınlığında baş vermiş döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdir.
1399-cu ilin son aylarında Əmir Teymur öz ordusu ilə Qarabağda qışlayarkən, Seyid Əhməd Şirvana – Şirvanşah Şeyx İbrahimin yanına getmiş və ondan Əmir Teymurun Şəkiyə gözlənilən hücumunun qarşısının alınmasında və Əmir Teymurla münasibətlərinin yaxşılaşdırılmasıda yardımçı olmasını xahiş etmişdir. Şirvanşah Şeyx İbrahim Seyid Əhəmdi Qarabağa – Əmir Teymurun yanına aparmış və nəticədə Əmir Teymur tərəfindən "atasının (Seyid Əli Orlatın) mənsəb və məqamı ona əta edil"mişdir.
Hicri 802-ci ilin qışında (noyabr 1399 –fevral 1400) Əmir Teymur Qarabağda qışlayan ordusunun 30%-ni götürüb Ağ su dərəsinə – Əmir Xəmşanın üzərinə, ilğar (çevik hüçum) edərkən Kür çayını keçdikdə Şirvanşah Şeyx İbrahim və Şəki hökmdarı Seyid Əhməd də oz qoşunları ilə bu ilğara qoşulmuşlar
Tarix: 13.01.2015 / 13:49 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycan xanlıqları