Talqe
T a l q e – İndiki Pirallahı adasını er. əv. I əsr müəllifi Pomponi Mela Talqe, II əsr müəllifi Ptolemey Talka kimi yazmışlar. Türkcə tilqə sözündəndir (Midiyada Tilaşuri). I əsr müəllifi Pliniy bu adanı Zazata kimi yazmışdır. Türkcə saz – bataqlıq, yeraltı suların üzə çıxdığı sahə, gilli yer (Azərbaycan dilində saz qamışlıq) və ada (bəzi türk dillərində, məsələn, özbəkcə ata) dörd tərəfi su ilə əhatələnmiş quru yer, ərazi sözlərindəndir.
Tarix: 09.01.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan toponimləri
loading...