Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Urikat

U r i k a t (er. əv. 719-cu il). Bu toponimi üç cür izah edilir. Türkcə ur-yarğan, sıldırım və kat – dağın meşəsiz gündüşən tərəfi, yaxud qat – tərəf, yan, sözlərindən ibarətdir. Altayda Uluq-Kat, Kadır-Kat və b. dağ adları ilə müqayisə olunur. Urqa – yüksəklik, sıldırımlı yer sözündəndir. Erkən orta əsrlərdə Albaniyanın Artsak əyalətində Urekat toponimi vardı (qədim ermənicə yazılışında bu da Urek kimidir, lakin həmin dildə adların sonluqlarının düşməsi səciyyəvi haldır, məsələn Tusluk toponimi Tus kimi yazılırdı.) Musa Kalankatlının Alban tarixində sonluqları kat sözü ilə bitən Kalankat, Karnakat, Şaqat və b. toponimlər çəkilir.


Tarix: 09.01.2015 / 17:28 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycan toponimləri
loading...