Arsianşi
A r s i a n ş i – Mixi yazıda qeyd edilir ki, Arsiyanşi Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y.B.Yusifov toponimi Arsi enişi, Arsi yanı kənd kimi mənalandırır. Q. Qeybullayev isə qeyd edir ki, ad türkcə arça – ardıc kolu, şam ağaclığı və enşi – malikanə, padşahlıq mülkü[17] sözlərindəndir. Urartu mənbələrindən Urmiya gölü ətrafında Harsi, Arsita və Arsindu toponimləri də məlumdur. Cənubi Azərbaycanda Savalan dağının ərazisində Ərçə, Ərçistan, Əcir, Ərcan və b.yaşayış məntəqələrinin adları ilə müqayisə oluna bilər.
Tarix: 09.01.2015 / 14:45 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycan toponimləri
loading...