Sanqiu
S a n q i u – Müasir Səhənd dağı ilə lokalizə olunur. E. Qrantovskiyə görə, Avesta dilində sanqha – əmr sözündəndir . Prof. Q. Qeybullayev qeyd edir ki, aydındır ki, əmr, göstəriş sözündən heç vaxt toponim yaranmaz, bu müəllifin Manna və Midiya ərazisində İran mənşəli əhali axtarmaq təşəbbüsündən irəli gəlir. Türkcə çanq, çınq (türk dillərində ç-s əvəzlənməsinə görə sanq, sınq) sıldırım dağ yarğanı, əlçatmaz dağ, çətin alınan zirvə sözündəndir. Altayda Sanqin-Dalay toponimi ilə müqayisə olunur. Hazırda Səhəndabad mahalında Çinibulaq adlı Azərbaycan kəndi vardır.
Tarix: 09.01.2015 / 14:43 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycan toponimləri
loading...