Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeron yarımadasının təsərrüfatı

Abşeron yarımadası Azərbaycanın əsas sənaye rayonu olaraq özündə neft-qaz çıxarma və emalı sənaye komplekslərini birləşdirir. Yarımadanın ekoloji tarazlığının pozulmasında bu müəssisələrin rolu çox böyükdür. Hal-hazırda ekoloji mühiti tənzimləmək və sovetlər dövründən miras qalmış ekoloji təhlükə amillərini aradan qaldırmaq üçün müxtəlif dövlət və qeyri-dövlət proqramları həyata keçirilməkdədir.

Yarımadanın kənd təsərrüfatına heyvandarlıq, üzümçülük, bağçılıq və bostançılıq aiddir.

Klimatik dənizkənarı kurortlara malikdir. Mərdəkan, Buzovna, Zağulba, Bilgəh, Türkan və Pirşağıda uşaq sanatoriyaları, vərəm və revmatizmə qarşı istirahət evləri, uşaq və yeniyetmələr üçün düşərgələr fəaliyyət göstərir.

Yarımadada yaşayan əhalinin 95%-ni azərbaycanlılar, qalan 5%-ni isə digər millətlər (ruslar, ukraynalılar və s.) təşkil edir.

Yarımadanin şimal sahilində əhalisi 300 min nəfər olan sənaye şəhəri Sumqayıt, cənub sahilində isə Bakı şəhəri yerləşir.


Tarix: 09.01.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycan toponimləri
loading...