Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Silxazi

S i l x a z i (er. əv. 737-ci il). Asur dilində ç və c səslərinin olmadığına görə həmin səslər s səsi ilə verilirdi. Ehtimal ki, türkcə çil –çox da böyük olmayan yarğan, çay yatağı, çaylaq və azi (yazı) – çay sahili düzən sözlərindən ibarətdir. Ola bilsin ki, azi komponenti türk dillərindəki aju – dağ aşırımı, dağ keçidi sözündən yaranmışdır. Er. əv. 713-cü ilə aid mənbədə Midiyada Aqazi toponimi qeyd olunur ki, bu da türk dillərindəki aq (torpağın süxurunun bozumtulluğunu bildirən söz) və yazı – çay sahili düzən sözlərindəndir. Midiya ərazisində bir neçə toponim ur sözü ilə düzəlmişdir. Türk dillərində ur sözü tikmək, bina etmək, mənasını bildirir. Toponimlərdə ur – möhkəmləndirilmiş yer, qala səddi, səngər deməkdir. Altayın türk dillərində ur həm də təpə, yüksəklik mənasındadır və ona görə oradakı Ural və Uraş toponimlərinin də bu sözdən yarandığı göstərilir. Midiyada Uraş qala adı kimi qeyd olunur ki, bu da ur sözünün mənasına uyğundur. Bu ad Azərbaycanda XVI əsrdən məlum olan Araş (Ərəş) toponimi ilə bəlkə də eyni mənadadır. Urnakku toponimini asur dilində əlavə olunmuş k və u adlıq hal şəkilçisindən ibarət olduğuna görə əsl forması Urnak kimi bərpa olunur. XIV əsr müəllifi Həmdullah Qəzvini Təbrizin bir mahalının Arunak adlandığını yazır. Türkcə ur və nak (-lak) şəkilçisindəndir. Qazaxıstanda indiki Urnak şəhərinin adı ilə eynidir.


Tarix: 09.01.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycan toponimləri
loading...