Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan toponimləriSanqiu

S a n q i u – Müasir Səhənd dağı ilə lokalizə olunur. E. Qrantovskiyə görə, Avesta dilində sanqha – əmr sözündəndir . Prof. Q. Qeybullayev qeyd edir ki, aydındır ki, əmr, göstəriş sözündən heç vaxt toponim yaranmaz, bu müəllifin Manna və Midiya ərazisində İran mənşəli əhali axtarmaq təşəbbüsündən irəli gəlir. Türkcə çanq, çınq (türk dillərində ç-s əvəzlənməsinə görə sanq, sınq) sıldırım dağ yarğanı, əlçatmaz dağ, çətin alınan zirvə sözündəndir. Altayda Sanqin-Dalay toponimi ilə müqayisə olunur. Hazırda Səhəndabad mahalında Çinibulaq adlı Azərbaycan kəndi vardır. Ardı »

Azərbaycan toponimləriAbşeron yarımadası Əsas magistral yolları

Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistralları - Heydər Əliyev adına Beynəlxalq hava limanı, Bakı buxtasındakı böyük dəniz limanı, Bakıdakı dəmiryol vağzalı və respublika paytaxtını regionlarla birləşdirən şosse yolları vardır.

Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir. Ardı »

Azərbaycan toponimləriSimirria

S i m i r r i a – Asurca yazılış formasında bu toponim simir və-ri (-li) şəkilçisindən ibarətdir. Ehtimal ki, bu ad aslində Sivirridir, lakin asur dilində -v səsi olmadığına görə onu -m səsi ilə verirdilər. Türkcə şiver, şiber (buratga şeber, monqolca şiver) – qalın, sıx meşə, bataqlıq cəngəllik, subasar kolluq[46] sözündəndir. Er. əv. 820-ci ilə aid Assur mənbəində Midiyanın Sibaru (u adlıq hal şəkilçisidir) qalasının adı çəkilir. Ehtimal ki, mənaca Simirria toponimi ilə eynidir və Saburxast (IX əsr) toponimində qalmışdı. Ardı »

Azərbaycan toponimləriDərbənddə doğulan məşhur azərbaycanlılar

Şirvanşah I İbrahim, Dərbəndi sülaləsinin banisi
Tuti Bikə, Quba xanı Fətəli xanın arvadı
Mirzə Kazım bəy, şərqşünas; Rəştdə doğulsa da, ömrünün ilk çağlarından Dərbənddə yaşamışdır
Sona Tağıyeva, Zeynalabdin Tağıyevin həyat yoldaşı, mesenat
Hacı Xanməmmədov, bəstəkar
Asəf Zeynallı, bəstəkar
Mustafa Nəsirov, general-mayor[1]
Hüseyn Rəsulbəyov, general-leytenant[2]
Nəcməddin Sadıxov, general-polkovnik
Tofiq Seyidov, general-mayor
Yusif Vəliyev, aktyor
Şəfiqə Məmmədova, aktrisa
Ömər Eldarov, heykəltəraş
Məmmədkazım Ələkbərli, ədəbi tənqidçi Ardı »

Azərbaycan toponimləriUrşanika

U r ş a n i k a (er. əv. 744-cü il). Sanqi əyalətində (indiki Səhənd dağı olan bölgədə) bir şəhərin adı. E. A. Qrantovskiyə görə, hindcə varşan – "qüdrətli, qüvvətli, böyük sözündəndir. Q. Qeybullayev qeyd edir ki, bu, inandırıcı deyil, çünki şəhər adı belə sözdən ibarət ola bilməz. Həmdullah Qəzvini (XIV əsr) Təbriz yaxınlığında Urişak toponimini qeyd edi. Türkcə ur – möhkəmləndirilmiş yer, təpə, sanq (çanq) – dağ və ık, ik – küləkdən qorunan yer, daldalanacaq yer, sığınacaq, tərəf sözlərindəndir. Qeyd edilməlidir ki, Manna və Midiya toponimlərinin bəzilərində ur sözü mənşəcə şumer dilinə aid uru – icma, şəhər (qədim türkcə Ardı »

Azərbaycan toponimləriManna toponimləri

Manna toponimləri – Manna ərazisində yayaılmış toponimlər. Həmin toponimlərinin bir çoxu bu gün də tarixi Azərbaycan ərazisində qalmaqdadır.

Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal Ardı »