K i n t a u (er. əv. 714-cü il). Y. B. Yusifov bu toponimi Qaradağ kimi mənalandırmışdır. Q. Qeybullayev isə yazır ki, oronim kin-qala və tay-dağ sözlərindən ibarətdir və Qaladağ deməkdir.
Midiya ərazisində bir qrup toponimdə işta, işte komponenti diqqəti cəlb edir. Y. B. Yusifov bu adların bəzilərinin türkcə issi, isti (ilıq) sözündən ibarət olduğunu yazmış, İştraura toponimini İsti çay kimi mənalandırmış və orta əsr Qermrud – İlıq çay çayı ilə eyniləşdirmişdir Ehtimal ki, digər toponimlərdə işta sözü türk dillərindəki ast – alt tərəf, aşağı tərəf sözüdür; bəlkə də Arazdan aşağıda yerləşdiklərinə görə bu toponimlərin bəzilərində ast sözü öz əksini tapmışdır. Bunu Atropatenada Ptolemeyin göstərdiyi Astabene, Strabonun göstərdiyi Azar, müasir Astara və Astrabad toponimlərində görmək olar. Ptolemeyin Midiyada qeyd etdiyi Astabene toponimi indiyədək Cənubi Azərbaycanın Qaradağ mahalında Üştibin azərbaycanlı kəndinin adında qalmaqdadır. Həmin mahalda, Arazın sağ sahilində, Seyid Cəbrayıl dağının qərb ətəyində Astamal kəndi vardır. Ona görə də İştaippa (er. əv. 714) toponiminin bu komponent vasitəsilə düzəldiyini güman etmək olar. İştaippa toponimi isə Üç təpə toponiminin təhrifidir. Cənubi Azərbaycanın Qaradağ vilayətində indi Üçqardaş adlı üç təpədən ibarət dağ vardır. Q. Qeybullayevə görə türkcə ast – alt, aşağı sözü Tutaşti (er. 744-cü il) toponimində də əksini tapmışdır. Türkcə tut – düşərgə və ast – aşağı, alt sözlərindən ibarətdir.
Tarix: 09.01.2015 / 15:54 Müəllif: Feriska Baxılıb: 159 Bölmə: Azərbaycan toponimləri