Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Xəlilov

Həyatı
19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.

1983-cü ildə burada məktəbə getmiş, 1988-ci ildə burada yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə birlikdə Bakıya gəlir və burada məskunlaşır. Təhsilini 96 və 252 saylı məktəblərdə davam etdirir.

29 sentyabr 1994-cü il hərbi xidmətə çağırılır.

1995-ci il 13-17 mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləşdirilməsi zamanı həlak oldu onun arzularla dolu gənc ömrü qırıldı...

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.


Tarix: 27.01.2015 / 13:53 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎
loading...