Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Sadıqov

Həyatı
Yusif Allahverdi oğlu Sadıqov 1964-cü ildə Ermənistan SSR-nin Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1981-ci ildə Cil kənd orta məktəbini qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyurdu. Təzə nişanlanmışdı, tezliklə toyu olacaqdı ailənin sonbeşiyi Yusif Sadıqovun.

Fizika-riyaziyyat elmləri doktoru, professor Müsrəddin Sadıqovun kiçik qardaşıdır.
Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın kiçik qardaşıdır.
Bir qolu dəfn olunub
O müdhiş gecədən bir gün əvvəl Yusif bacısı Sayalı xanımla söhbətində deyib ki, azadlıq uğrunda həlak olanlar ölmür, şəhid olurlar, azadlıq isə qurbansız olmur. Bəli, azadlıq yolunda, suverenlik yolunda həlak oldu Yusif. Özü də 26 yaşı tamam olduğu gün. Atası Sadıqov Allahverdi yanvarın 20-də Yusifin papağını Salyan kazarmasının yanından tapıb. O gündən ilim-ilim itib Yusif. Fevralın 4-də onun atası yenidən Semaşko adına xəstəxanaya gedir. Ölüxanada bir sağ qoldan çıxan paltarları ona göstərirlər. Atası oğlunun paltarlarını tanıyır. Kəsik qolundan çıxan paltarlar bunlardır: palto, pencək, köynək, jilet, alt köynək. Buna görə də valideynləri belə hesab edir ki, Yusif həlak olub. Bədən isə yoxdur. Onun sağ qolu Şəhidlər xiyabanında basdırılıb.


Tarix: 27.01.2015 / 13:14 Müəllif: Feriska Baxılıb: 145 Bölmə: Azərbaycanın müharibələri‎
loading...