Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəfadar Eminov

Haqqında
1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyurdu, 1 nömrəli tikiş fabrikində fəhlə işləyirdi.

Şəhid olması
Yanvarın 21-də sessiya imtahanını verib sonra təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralılara vurulmaq üçün qan verib. Xəstəxanadan çıxıb «Olimp» mağazasına tərəf piyada düşəndə güllələnib. Son sözü bu olub Vəfadarın: «Yaşamaq istəyirəm, sağalacağammı?» Şəhidlər xiyabanında dəfn olunub.


Tarix: 27.01.2015 / 13:01 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri‎
loading...