Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Əkbərov

Həyatı
Akif Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır.

Döyüşlərdə iştirakı
1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan rayon polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonundakı "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Avqustun 12-də ermənilər "Sarı yer"ə hücum edirlər. Erməni hücumunu dəf edən Akif Əkbərov bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəsi
Ailəli idi. Beş övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Beyləqan rayonunda dəfn edilmişdir, büstü qoyulmuşdur.

Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.


Tarix: 26.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎
loading...