Haqqında
1957-ci il aprelin 19-da Bakıda anadan olmuşdur.Xətai rayonundakı 8 nömrəli elektrik şəbəkəsində elektrik mantyoru işləyib.
Şəhid olması
O gün axşam Ağahəsən qardaşı Tavabillə bir yerdə Salyan qazarmasının yanında olmuşdur. Salyan qazarmasının qapıları açılıb, bir tank yolda dayanan maşınları əzməyə başlayıb. Eyni zamanda həm tankdan, həm binaların üstündən, həm benzindoldurma məntəqəsi tərəfindən güllələr yağmağa başlayıb. Ağahəsən yaralıları maşına daşıyarkən yaralanıb, onu Topçubaşov adına Eksperimental mikrocərrahiyyə xəstəxanasına aparırlar. 4 güllə yarası almış, gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdı. Cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də keçinmişdir. İki azyaşlı oğlanları Bəxtiyar və Səbuhi qalmışdır. Əhmədli qəbiristanlığında dəfn edilmişdir.
Ünvan
Yeni Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, ev 18, mənzil 104.
Tarix: 27.01.2015 / 12:49 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanın müharibələri