Həyatı
Akif Həmid oğlu Əzizov 1943-cü ildə Qarabağdakı Ağdərə rayonunun Umudlu kəndində müəllim ailəsində dünyaya göz açıb. O , 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub[3]. 1964-1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi alıb. Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 1991-ci ildə “Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 1992-ci ildə “Kinetika və kataliz” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir
Tarix: 24.01.2015 / 16:59 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Azərbaycanın müharibələri