Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşqədəm Hidayətqızı

Həyatı
Xoşqədəm Hidayət qızı Baxşəliyeva Ağdərənin Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.

1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub.

2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən həmin telekanalda populyar ""Səni axtarıram" verilişinin aparıcısıdır.

2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Konqresinin Köln şəhərində keçirilinən yığıncaşğında qurumun fəxri üzvü seçilib.

2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Zaur adlı övladı var.

2014-cü ildə türk müğənni Doğuş ilə evlənmişdir.


Tarix: 24.01.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanın müharibələri‎
loading...