Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurəddin İbrahimov

Həyatı
İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır.

Döyüşlərdə iştirakı
O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş və mayor rütbəsi almışdır. Nurəddin 10 fevral 1995-ci il Binə qəsəbəsindəki cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi fərqlənmiş və qəhrəmancasına həlak olmuşdur.

Ailəsi
Aliləli idi, bir övladı var.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsində onun adına küçə var. Buradakı Mədəniyyət evi də onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.


Tarix: 27.01.2015 / 12:39 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanın müharibələri‎
loading...