Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Canbulaq Rzayev - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi...erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canbulaq tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canbulaq döyüş meydanında qəhrəmancasına həlak oldu.

Ailəsi
Evli idi, iki övladı qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam şəhərinin şəhidlər xiyabanında dəfn olunub.


Tarix: 23.01.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycanın müharibələri‎
loading...