Həyatı
28 yanvar 1962-ci il Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qzaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır.
Döyüşlərdə iştirakı
Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak oldu.
Ailəsi
Ailəli idi, iki övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.
Tarix: 26.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri