Həyatı
5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.
Döyüşlərdə iştirakı
Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri çəkildilər...Elşad bu döyüşdə xeyli düşməni məhv etmişdi lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərindəki 56 saylı orta məktəbdə isə onun büstü qoyulub.
Tarix: 26.01.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanın müharibələri