Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqşin Məmmədov

Həyatı
Məmmədov Aqşin Eldar oğlu 1 iyul 1969-cu ildə Laçın şəhərində fəhlə ailəsində anadan olub Əslən Laçının Cağazur kəndindəndir. 1976-1986–cı illərdə Laçın şəhər 2-saylı orta məktəbində təhsil alıbdır. 1987-1989-cu illərdə Özbəkistan SSR-də hərbi xidmətdə olub. 1990-cı ildə Laçın Rayon Rabitə qovşağında poçtalyon kimi işə başlamışdır. 1991-ci ildə Laçın rayonunda yaradılmış könüllülərdən ibarət 811-saylı alayın ilk döyüşçülərindən olub. Laçın işğal edilənə qədər döyüşlərdə iştirak edibdir. 17 may 1992-ci ildə rayonun Fətəlipəyə kəndində Qrad qurğusu maşını ilə qəzaya düşüb müxtəlif bədən xəsarətləri alıbdır.

Laçın şəhərinin işğalından sonra 811 saylı hərbi hissənin tərkibində Suarası, Səfiyan, Güləbird, Malxələf kəndləri uğrunda gedən döyüşlərdə iştirak edibdir. 1992-ci ilin payızında Aqşin Məmmədovun xidmət etdiyi 811 saylı hərbi hissə Kəlbəcər rayonu istiqamətindən Laçın rayon ərazisinə daxil olub Bülüldüz, Tığik, Qozlu, Təzəkənd və Sarıbaba dağını Ermənistan qoşunlarından azad edilib.

Aqşin Məmmədov 811-saylı Alayın ləğv edilməsindən sonra 1993-cü ilin noyabr ayında Laçın Polis Şöbəsinin Post Patrul Xidməti bölüyündə polis nəfəri kimi işə qəbul edilib. Laçın polisi Füzuli rayonunun Bəhmənli, Yağlıvənd, Kərimbəyli, Babalı, Arayatlı, Əhmədalılar, Horadiz kəndləri uğrunda gedən döyüşlərdə çox böyük fədakarlıq göstərmişdir və adları çəkilən yaşayış məntəqələri işğaldan azad edilmişdir. Aqşin Məmmədovun Laçın polisinin tərkibində döyüşlərdə göstərdiyi fədakarlıq Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onu 18 dekabr 1992-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdir.

Aqşinin Məmmədov 1999-cu ilə qədər yuxarıda adları çəkilən bölgələrdə xiddmətdə olmuşdur. 2004-2008-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. Hal-hazırda Laçın Polis Şöbəsində baş leytenant rütbəsində polis sahə rəisi vəzifəsində işləyir.


Tarix: 26.01.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanın müharibələri‎
loading...