Camal Xuduş oğlu Əhmədov — 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. "Qanun-Hüquq" firmasının prezidentidir. "Qızıl qələm" mükafatı laureatıdı (2010).
Camal Xuduş oğlu Əhmədov 1952-ci il noyabr ayının 22-də Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. İxtisasca hərbi mühəndis və hüquqşünasdır. Keçmiş sovet ordusunda Zaqafqaziya hərbi dairəsi tikinti-quraşdırma sahələrindən birinə uzun müddət rəhbərlik edib. Əfqanıstan və Vyetnam respublikalarında hərbi mühəndis-mütəxəssis kimi bir çox sahələrdə xidmət edib. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində, o cümlədən bir çox uzaq xarici ölkələrdə keçmiş Sovet İttifaqına məxsus ən vacib hərbi bazalarının tikintilərinin rəhbəri olub. 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. Hazırda Azərbaycan Respublikası "Qanun-Hüquq" firmasının prezidentidir.
Ailəlidir, 2 övladı, 5 oğlan nəvəsi var.
Tarix: 26.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Azərbaycanın müharibələri