Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təyyar Bayramov

Həyatı
Təyyar Bayramov 1976-cı ildə Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. A.Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. Kollecdə oxuduğu zaman keçirilən musiqi müsabiqələrindən birinə qatılıb və 3-cü yeri tutub.

Karyera
T.Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. Opera və Balet Teatrında ilk olaraq “Leyli və Məcnun” tamaşasında İbn Sənan obrazını canlandırıb. Teatrdakı səhnə fəaliyyətinə həmin tamaşadan başlayıb. Daha sonra gənc xanəndəyə 2006-cı ildə dahi sənətkar Müslüm Maqomayev (bəstəkar)in "Şah İsmayıl" operasında baş rol olan Şah İsmayıl həvalə edilir. Bu tamaşalarla bərabər, “O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə rolunu ifa edir[1]. Qısqanclıqka qarşılanmasına baxmayaraq sənətkar çox gənc yaşlarında əməkdar artist adına layiq görülür. 2009-cu il martın 24-də Azərbaycan Dövlət Kukla Teatrında üç gün davam edən Beynəlxalq muğam müsabiqəsində Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı -“Qran- pri”yə layiq görülür. Ona fəxri fərman, 20 min avro pul mükafatı və festivalın emblemi təqdim edilir.

Mükafatları
2005. Televiziya Muğam Müsabiqəsi - I yer
2009. Beynəlxalq Muğam Müsabiqəsi - "Qran Pri"
Mahnılar
Təyyar Bayramov - Ahu Kimi
Təyyar Bayramov - Gəl gəl ay aman


Tarix: 23.01.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Azərbaycanın müharibələri‎
loading...