Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Məmmədov (şəhid)

Həyatı
Bəxtiyar Məmmədov 1962-ci ıl fevralın 12-də Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini Arxangelski vilayətində başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib. Texnikumu bitirən Bəxtiyar bir neçə il ixtisası üzrə kolxozda işləyir.

1991-ci ıldə ailə qurur.

1993-cü ilin iyunun 30-da Bəxtiyar milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir.

Onun son döyüşü 1993-cü il dekabrın 28 -də olub. Iyirmiyə qədər əsgərlə döyüşə girən bataliyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir. Ağır döyüşdə əsgərlərimiz düşmənin 4 zirehli texnikasını vuraraq sıradan çıxarırlar. Bataliyon komandiri Y.Ömərov və bir neçə başqaları yaralansalar da, döyüşdən sağ çıxa bilirlər.

Yeddi nəfər həlak olan əsgərlərimizi, o cümlədən Bəxtiyarı isə döyüş meydanından çıxarmaq mümkün olmur.


Tarix: 23.01.2015 / 15:51 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanın müharibələri‎
loading...