Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uluqbəy Xidmətləri

1409-cu ildə 15 yaşlı Turğay Mirzə vəliəhd olduğuna görə Teymurilər imperiyasının paytaxtı Səmərqəndə hakim təyin edilir. O, yüksək vəzifəsindən təhsilini artırmaq, məktəblər, kitabxanalar açmaq, elmi təşkilatlar yaratmaq üçün istifadə edir. Onun ensiklopedik biliyi, elmə və maarifə göstərdiyi qayğı az bir zamanda Teymurilər imperyasının sərhədlərindən uzaqlara yayılır.

Bu imperyanın ərazisi o qədər böyük idi ki, şairlər ondan söz açanda mubaliğə ilə “məmləkətin bir ucunda günəş doğanda o bir ucunda günəş batır”,və ya “bir çapar məmləkətin bu başından o başına altı ay at çapır” yazırdılar. Onun elmə verdiyi dəyərdən xəbər tutan alimlər Səmərqəndə doğru axışırlar. Açdığı mədrəsələrdə istedadlı gənclər təhsil alırlar.

Gənc Turğay Mirzə atası Sultan Şahruxun böyük oğlu və vəliəhdi kimi Mavareyi nəhri idarə etməklə yanaşı, elmə və sənətə bu qədər zaman ayıra bilməsi də heyrət doğurur.

Uluq bəyin açdığı mədrəsədə Əli Quşçu, Kaşi kimi böyük alimlər çalışır.

Tarixə Uluqbəy rəsədxanası kimi daxil olan bu elm müəssəsinin əsasını qoyan Turğay Mirzə astronomiyadakı bir çox yanlışlıqları yeni riyazi hesablamalar vasitəsilə aradan qaldırır. O dövrdə dünyada heç bir alim öz müşahidə və hesablamalarının dəqiqliyində onunla müqayisə olunmamışdı. Beləcə özü də tarixə ən böyük riyyaziyyatçı və astronom kimi daxil olur. Tərtib etdiyi ulduz kataloqu, yəni planlı cədvəllər eklintika meylinin təyin edilməsinə və illik presessiya sahəsindəki araşdırmalara güclü təkan vermişdi.


Tarix: 13.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...