Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alen Delon

Alen Delon (1935) — Fransa aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Amma çox çəkmədi ki, balaca oğlan valideynləri üzündən taleyin sərt üzü ilə qarşılaşmalı oldu. 5 yaşı tamam olar-olmaz ayrılan valideynləri üzündən Alen Delon bir qədər sonra pansiona verildi. Burdakı həyatının ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı. Amma, yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Hindçinə müharibəyə yola düşdü. Və burada gördükləri, yaşadıqları bu yeniyetmənin həyatında dərin izlər buraxdı. O orduda da özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, amma sonradan bərpa ediblər.

1956-cı ildə Alen Delon hərb ilə üzülüşdü və Parisə dönərək yaxın dostlarından biri ilə kirayə ev tutdu. Özünə bəyəndiyi bir iş tapa bilmədiyi üçün fərqinə varmadan hər bir sahədə çalışmağa başladı: qəzet payladı, ofisiantlıqla... məşğul oldu. Amma belə demək mümkünsə, tale onun üçün başqa yol seçdi. Həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırdı. Kino mütəxəssisi gəncin daxilindəki aktyorluq istedadını hiss etdiyi üçün onu özü ilə aparmaq qərarına gəldi. Amma bundan ötrü Alendən üç ay ərzində ingilis dilini öyrənmək tələb olunurdu. Bu hadisədən xəbər tutan fransız rejissoru Alleqre onu filmlərindən birində ikinci dərəcəli rola dəvət etdi. Artıq bu gənc Alen üçün həyatın sürprizi, şansı idi və o, Amerikaya getməkdən vaz keçdi, "Qadınlar işə qarışanda" filmində qanqster obrazını yaratmaqla özünün kino karyerasına başladı. Ardınca – 1958-ci ildə onun oynadığı "Gözəl ol, sus" ekran əsəri tamaşaçılar qarşısına çıxdı. Düzdür, bu rollarda Alen şedevrə imza atmasa da tamaşaçıların rəğbətini qazana bildi. Elə bu rəğbətə görə də həmin il növbəti təklif özünü çox gözlətmədi. "Kristina" filmində çəkildi və uğur qazandı. "Zəif qadın"dan sonra Azərbaycan tamaşaçılarına da yaxşı məlum olan "Rokki və qardaşları"nda rol aldı.Yaratdığı rəngarəng obrazlar aktyoru tamaşaçıların sevimlisinə çevirdi. Həmin dövrün məşhur aktrisalardan biri hesab edilən Romi Şnayder onunla eyni filmdə "Kristina"da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı da. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu baş tutmadı.

Ümumiyyətlə, müxtəlif sevgi macəraları yaşayan Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmir. Ancaq məlumdur ki, Natali ilə olan evlilikdən onun Entoni adlı bir oğlu da var. Qısa müddət ərzində məşhurlaşan gənc aktyor fransız kinosunun şedevri sayılan Jan Qabenin də diqqətini çəkdi. Onların tanışlığı 1962-ci ildə ekranlaşdırılan "Zirzəmidən eşidilən melodiya" filmindən başladı və uzun müddət davam etdi. Həmin ekran əsəri qazandığı müvəffəqiyyətə görə "Qızıl qlobus" mükafatına təqdim olundu. 1964-cü ildə İspaniyada çəkilən "Qara zanbaq" filmi ilə Delon bir daha tamaşaçıların ürəyini fəth etdi. Bir il sonra Alen Hollivuda dəvət alır. Aktyor burada bir neçə filmdə rol aldı. Amma səmimiyyətlə demək olar ki, Alen Delonun Hollivuddakı filmlərini heç də uğurlu adlandırmaq olmaz. Bunu aktyorun özü də duyurdu. Bəlkə də elə buna görə də Alen yenidən vətəninə döndü və biri-birinin ardınca gözəl obrazlar yaratmağa nail oldu. Rober Enrikonun "Macəra axtaranlar" lentində çəkildiyi rolu tamaşaçılar böyük rəğbətlə, hərarətlə qarşıladılar. Ardınca "Samuray" və məşhur "Zorro" filmlərindəki oyunları ilə Alen bir daha sübut etdi ki, o, möhtəşəm aktyordur. O, ən yaxşı kişi roluna görə "Sezar" mükafatına da sahib olub.

FilmoqrafiyaİlFilmRolRejissor
2008Asteriks Olimpiyat Oyunları'ndaJül Sezar
2006L'Instinct de mort
2004Frank RivaFrank RivaTV serisi, 2. sezon
2003Frank RivaFrank RivaTV serisi, 1. sezon
1999Les ActeursKendini
1997Une Chance sur deuxJulien Vignal
1996Le Jour et la nuitAlexandre
1994Les Cent et une nuitsL'acteur d'un jour
1993L'Ours en peluche
1992Un CrimeMaitre Charles Durand
1990Nouvelle vagueL'homme
1990Dancing machineAlan Wolf
1988Ne réveillez pas un flic qui dortcommissaire Eugène Grindel
1985Parole de flicDaniel Pratt
1984Notre histoireRobert Avranche
1984Le PassageJean Diaz
1983Le BattantJacques Darnay
1983Swann in LoveBaron de Charlus
1982Le ChocMartin Terrier
1981Pour la peau d'un flicChoucas
1980Trois hommes à abattreMichel Gerfaut
1980Teheran 43. Nid d'espionsFoche
1979Le ToubibJean-Marie Desprès
1979The Concorde: Airport '79Paul Metrand
1978Attention, les enfants regardentL'homme
1977Le GangRobert le Dingue
1977Mort d'un pourriXavier Maréchal
1976Monsieur KleinRobert Klein
1976ArmaguedonDr. Michel Ambrose
1976Comme un boomerangJacques Batkin
1976L'Homme presséPierre Niox
1975Flic StoryRoger Borniche
1975Le GitanLe Gitan
1974ZorroDiego/Zorro
1974Les Seins de glaceMarc Rilsen
1974Borsalino & Co.Roch Siffredi
1973Deux hommes dans la villeGino Strabliggi
1973La Race des seigneursJulien Dandieu
1973Les Granges brûléesLarcher
1973ScorpioJean Laurier, alias Scorpio
1973Les Grands fusilsTony Arzenta
1972Traitement de chocDevillers
1972Il était une fois un flicRodriguez'i arayan adam
1972Le ProfesseurDaniele Dominici
1971Un FlicColeman
1971La Veuve CoudercJean
1971Qırmızı günəşQoşTerens Yanq
1971Fantasia chez les ploucsA caïd
1971The Assassination of TrotskyFrank Jackson
1970Le Cercle rougeCorey
1970BorsalinoRocco Siffredi
1970Doucement les bassesSimon
1969Le Clan des SiciliensRoger Sartet
1969MadlyJulian
1969JeffLaurent
1968La PiscineJean-Paul
1968La MotocycletteDaniel
1968Adieu l'amiDino Barran
1968Şeytanın Kurbanları (Histoires Extraordinaires)William Wilson"William Wilson" bölümü
1967Le SamouraïJef Costello
1967Diaboliquement vôtrePierre
1966Les AventuriersManu
1966Les CenturionsPhilippe Esclavier
1966Texas nous voilàDon Andrea
1965Paris brûle-t-il ?Jacques Chaban-Delmas
1965Once a ThiefEddie Pedak
1965The Yellow Rolls-RoyceStefano
1964L'InsoumisThomas
1963La Tulipe noireCount de Saint Preux
1963Il gattopardo (Leopar)Tancredi
1963Mélodie en sous-solFrancis
1963Les FélinsMarc
1962Le Diable et les Dix CommandementsPierre Messager
1962CarambolagesLambert
1962Batan Güneş (L'eclisse)Piero
1962L'Amour à la merFilm oyuncusu
1961Les Amours celebresPrince Albert"Agnes Bernauer" bölümü
1961Quelle joie de vivreUlysse
1960Kızgın Güneş (Plein Soleil)Tom Ripley
1960Rokko və onun qardaşlarıRokko ParondiLukino Viskonti
1959Le chemin des écoliersAntoine Michaud
1959Faibles femmesJulien Fenal
1958ChristineFranz Lobheiner
1957Quand la femme s'en mêleJo
1957Sois belle et tais-toiLoulou


Tarix: 07.02.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 643 Bölmə: Aktyorlar
loading...