Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceyhun Məhərrəmov

Həyatı

Məhərrəmov Ceyhun Adışirin oğlu (06.11.1973) 1992-ci ildə Ə.Hüseynzadə adına ADM və İU-nun "Mədəni maarif işçisi" fakültəsinə qəbul olunub, 1997-ci ildə "Mədəni maarif işçisi və özfəaliyyət teatr kollektivinin rəhbəri" ixtisasını bitirib.

1997-98-ci illərdə Şəki teatrında, 1999-cu ildən isə Sumqayıt teatrında aktyor işləyir. 2003-cü ildən Az TXİ-nin üzvüdür.

Sumqayıt teatrında 15 rol oynayıb. Onlardan: C.Məmmədquluzadə "Danabaşlar"-Əhməd, Ə.M.Lələdağ "Tələ"-Kərim, Vüqar, Ə.M.Lələdağ "Dağlarda tufan"-Ardem, Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"-Xidmətçi, G.Xuqayev "Bir köpək vardı"-Qarğa, K.Həsənov "Sehirli yaylıq"-Kamal, F.Məhərrəmov "Oğuzlar"-Cəsus, M.İbrahimov "Yaxşı adam"-Nağı, M.Haqverdiyev "Fədakarlıq"-Vaqif, M.F.Axundov "Hekayəti xırs quldurbasan"-Meymun, A.Şaiq "Tülkü həccə gedir"-Yapon xoruzu, Ç.Aytmatov "Ümid sahili"-Kirisk və.s göstərmək olar.


Tarix: 31.01.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Aktyorlar
loading...